Türkiyə ilk KIZILELMA təyyarələrini silahlanmaya daxil etdi
Türkiyənin ilk pilotsuz döyüş təyyarələri istifadəyə verildi.
"Baykar” şirkətinin hazırladığı Türkiyənin ilk milli pilotsuz döyüş təyyarəsi KIZILELMA qəbul sınaqlarını başa vuraraq inventara daxil olub. İlk üç təyyarə noyabrın 19-da təhlükəsizlik qüvvələrinə təhvil verilib. Təyyarələr təhvil verilməzdən əvvəl qəbul sınaqlarından keçirilib. Layihə çərçivəsində sınaq və təlim uçuşları zamanı ümumilikdə 600 uçuş həyata keçirilib. Bu addımla Türkiyə pilotsuz döyüş təyyarəsini inventarına daxil edən ilk ölkə olub. Təyyarələrin hansı bölmələrdə və nə vaxt əməliyyat istifadəsinə başlanacağı barədə isə əlavə məlumat açıqlanmayıb.
Şərhlər
Şərh yaz