Tennis masasının yeni qalibi: AI
Ace robotu tennisdə yeni mərhələ açdı.
Sony şirkətinin hazırladığı AI idarə olunan Ace robotu peşəkar stolüstü tennisçi Miyuu Kiharanı məğlub edərək diqqət çəkib. Qarşılaşma rəsmi oyun qaydalarına uyğun keçirilib.
Ace robotu topun sürətini, istiqamətini və fırlanmasını real vaxt rejimində analiz edə bilir. Bunun üçün qurğu 9 kameradan istifadə edir. Robotun reaksiya müddəti cəmi 20,2 millisaniyədir ki, bu da insan reaksiyasından təxminən 11 dəfə sürətlidir.
AI sistemi rəqibin zərbələrini izləyərək topun hara düşəcəyini əvvəlcədən müəyyənləşdirir və uyğun cavab zərbəsi hazırlayır.
Bu nəticə robot texnologiyalarının idman sahəsində də insanlarla rəqabət aparmaq səviyyəsinə çatdığını göstərir.
Şərhlər
Şərh yaz