Telefonu əvəz edə biləcək Sİ linzalar hazırlanır

Fatimə Ələkbərova 25.11.2026 1 dəqiqə 73
Telefonu əvəz edə biləcək Sİ linzalar hazırlanır

XPANCEO və JBD mini-displeyli, süni intellekt dəstəkli ağıllı linzalar hazırlayır.

Birləşmiş Ərəb Əmirliyinin XPANCEO şirkəti Çinin JBD şirkəti ilə birlikdə mini-displey və süni intellekt texnologiyaları ilə təchiz edilmiş ağıllı kontakt linzalar hazırlayır.

Yeni texnologiya vasitəsilə mesajlar, naviqasiya məlumatları və rəqəmsal bildirişlər birbaşa istifadəçinin gözünün qarşısında görünə biləcək. Beləliklə, telefon ekranına baxmağa ehtiyac qalmayacaq.

Hazırda layihə hazırlanma mərhələsindədir. Bununla belə, texnologiyanın gələcəkdə gündəlik həyatın bir hissəsinə çevrilməsi istiqamətində ilk addımlar atılıb.

Şərhlər

Şərh yaz