Robotaksiləri Kanadada sınaqdan keçəcək

Fatimə Ələkbərova 17.10.2026 1 dəqiqə 56
Robotaksiləri Kanadada sınaqdan keçəcək

Waymo Kanadaya genişlənməyə hazırlaşır. Şirkət Torontoda sürücüsüz avtomobilləri sınaqdan keçirəcək, lakin robotaksilərin kommersiya fəaliyyəti hələlik başlamayacaq.

Alphabet-ə məxsus Waymo Kanadada fəaliyyətə başlamaq üçün ilk addımı atıb. Şirkət Ontarionun avtomatlaşdırılmış avtomobillər üzrə sınaq proqramına qoşulmaq üçün icazə alıb və ilk sınaqları Torontoda keçirəcək.

İlkin mərhələdə sürücülərin iştirakı ilə şəhərin rəqəmsal xəritələri hazırlanacaq. Daha sonra ictimai yollarda təhlükəsizlik operatorunun iştirakı ilə, ardınca isə operator olmadan sınaqlar aparılacaq.

Toronto Waymo-nun robotaksi xidmətini sınaqdan keçirməyə çalışdığı ən şimal şəhər olacaq. Şəhərin sərt qış şəraiti şirkətin sürücüsüz idarəetmə texnologiyası üçün ciddi sınaq hesab olunur. Kommersiya xidmətinin başlama tarixi hələ açıqlanmayıb.