Hakerlər dünyanın ən böyük parol meneceri olan 1Password-ə sındırıblar
Dünyanın ən böyük parol idarəetmə platformalarından biri olan 1Password-ə hücum edilib. "Bloomberg"ə istinadən verilən məlumata görə, hücumçular platformanın sistemlərinin bir hissəsinə daxil olaraq, istifadəçi hesabları ilə bağlı bəzi məlumatları əldə ediblər.
Daha dəqiq desək, hakerlər istifadəçi adlarına, e-poçt ünvanlarına, hesabların yaradılma tarixlərinə, sistemdən çıxış vaxtlarına və hesablarla bağlı həssas olmayan daxili məlumatlara (metadata) çıxış əldə ediblər. "1Password" bildirib ki, parolların saxlandığı anbarın (vault) özü təhlükə altına düşməyib. Şirkət əlavə edib ki, müştərilər fişinq cəhdlərinə, o cümlədən "1Password"un adı çəkilən gözlənilməz e-poçtlara, mətn mesajlarına və ya zənglərə qarşı diqqətli olmalıdırlar. Onlar həmçinin bir daha vurğulayıblar ki, "1Password" heç vaxt müştərilərlə əlaqə saxlayaraq onlardan parol və ya "Gizli Açar" (Secret Key) tələb etmir.Platforma rəhbərliyi, hücumçuların bir əməkdaşın korporativ GitHub hesabına giriş əldə etməsindən sonra araşdırmaya başladı. Hakerlər bu hesabdan istifadə edərək mənbə koduna daxil oldular və backend xidmətlərinə zərərli kod yerləşdirdilər; bu da onlara istifadəçi məlumatlarını əldə etməyə imkan verdi.
Şərhlər
Şərh yaz