Bir vaxtlar satılmayan Mercedes-Benz C111-II indi 25 milyon avroya hərraca çıxarılıb

Fatimə Ələkbərova 25.11.2026 1 dəqiqə 73
Bir vaxtlar satılmayan Mercedes-Benz C111-II indi 25 milyon avroya hərraca çıxarılıb

Mercedes-Benz nadir C111-II prototipini 25 milyon avro ilkin qiymətlə hərraca çıxarmağa hazırlaşır.

Mercedes-Benz şirkəti nadir C111-II prototipini Parisdəki Luvr Muzeyində keçiriləcək hərracda satışa çıxarmağı planlaşdırır. Avtomobilin ilkin qiyməti 25 milyon avro müəyyən edilib.

Hərraca çıxarılacaq Car 33 adlı prototip 345 at gücünə malik Wankel tipli fırlanan mühərriklə təchiz olunub. Avtomobil saatda 300 kilometr sürət yığa bilir və C111-II seriyasının üçüncü nümunəsidir.

Bu prototip ilk bloklanma əleyhinə əyləc sistemlərindən birinin sınaqlarında istifadə edilib. 1971-ci ildə isə dirijor Herbert fon Karayana verilib.

Qeyd edək ki, 1969-cu ildə C111 modelini almaq istəyənlər Mercedes-Benz-ə boş çeklər göndərsələr də, şirkət prototiplərdən heç birini satışa çıxarmayıb.

Şərhlər

Şərh yaz