ABŞ-də sürücüsüz taksilər fəaliyyətini dayandırıb: Səbəb?
Waymo Kaliforniyada baş verən iki insidentdən sonra ABŞ-ın bir sıra magistrallarında sürücüsüz taksi xidmətini müvəqqəti dayandırıb.
Waymo təhlükəsizlik narahatlıqları səbəbindən ABŞ magistrallarında sürücüsüz taksi xidmətini müvəqqəti dayandırıb. Qərara Kaliforniyada baş verən iki insident səbəb olub.
Hadisələrdən birində Waymo avtomobili yol polisi maşınlarını ötməyə çalışıb, digərində isə üç sürücüsüz avtomobil aktiv təmir zonasına daxil olub. Məhdudiyyət Kaliforniya ilə yanaşı, Feniks, Ostin və Mayamidəki magistral səfərlərə də şamil edilir.
Şirkət insidentləri araşdırdığını və təhlükəsizlik göstəricilərini yenidən qiymətləndirəcəyini açıqlayıb. Bu qərar Waymo-nun Londonda sınaqlar apardığı, 2027-ci ildə isə Münhen və Madridə genişlənməyi planlaşdırdığı vaxta təsadüf edir.
Waymo həftədə 500 min səfər həyata keçirdiyini və avtomobillərinin ciddi qəzalarla insan sürücülərin idarə etdiyi nəqliyyat vasitələrindən 95 faiz daha az üzləşdiyini iddia edir.
Şərhlər
Şərh yaz