ABŞ 300 milyon milçək istehsal edəcək: Səbəb?

Fatimə Ələkbərova 11.11.2026 1 dəqiqə 71
ABŞ 300 milyon milçək istehsal edəcək: Səbəb?

ABŞ təhlükəli parazitlərlə mübarizə aparmaq üçün Texas ştatında xüsusi milçək istehsalı zavodu tikir. Müəssisənin inşasına 690 milyon dollardan çox vəsait ayrılıb.

Zavod tam gücü ilə fəaliyyətə başladıqdan sonra həftədə 300 milyona qədər steril milçək istehsal edə biləcək.

Söhbət sürfələri heyvanların açıq yaralarına daxil olaraq canlı toxumalarla qidalanan Yeni Dünya ət milçəyindən gedir. Bu parazit kənd təsərrüfatı heyvanları, bəzi hallarda isə insanlar üçün də təhlükə yaradır.

Mübarizə üsulu isə maraqlıdır: milçəklər laboratoriyada yetişdirilir, daha sonra şüalandırılaraq çoxalma qabiliyyətindən məhrum edilir və təbiətə buraxılır. Steril erkək milçəklərlə cütləşən dişilərdən yeni nəsil yaranmır. Bu üsulla zərərvericilərin sayının azaldılması hədəflənir.

Müəssisənin istehsal gücünün 2027-ci ilin sonunadək həftədə 100 milyona, 2028-ci ilin sonunadək isə 300 milyona çatdırılması planlaşdırılır.