173 dollarlıq 3D printer: LEGO hissələrindən yığıldı

Ayaz Məmmədli 16.11.2026 2 dəqiqə 122
173 dollarlıq 3D printer: LEGO hissələrindən yığıldı

Mechatronika tələbəsi LEGO konstruksiyasından istifadə edərək 3D printer layihəsi hazırladı.

Layihənin müəllifi Adam Turajdır. O, Kanadanın Ontario əyalətində yerləşən Vaterloo Universitetində mexatronika mühəndisliyi üzrə təhsil alır. LEGO konstruksiyasını da məhz özü dizayn edib və yığıb. Adam Turaj layihəni Hack Club təşkilatının Infill müsabiqəsi çərçivəsində həyata keçirib. Müsabiqənin iştirakçılarına öz 3D printerlərini sıfırdan hazırlamaq üçün 350 dollar qrant ayrılıb. Tələbə printerin dizaynını SOLIDWORKS proqramında hazırlayıb. Konstruktor hissələrinin alınmasına isə təxminən 30 dollar xərclənib.  Digər komponentlərin qiyməti də daxil olmaqla, printerin ümumi  xərci 173,35 dollar təşkil edib. Maraqlıdır ki, cihazın çap platforması və hərəkət mexanizmindəki vintlər də LEGO elementlərindən yığılıb. Printerin ümumi komponentlərinin cəmi 13-ü LEGO hissələrindən ibarət deyil. Elektron idarəetmə üçün BTT SKR Pico V1.0 lövhəsindən, Raspberry Pi Zero 2 W kompüterindən və Mean Well enerji blokundan istifadə olunub. Beş NEMA 17 mühərriki cihazın hərəkətini və filamentin ötürülməsini təmin edir. Studprint Klipper proqram təminatı ilə işləyir. Sınaqlar zamanı cihaz Benchy adlı 3D çap test modelini 1 saat 15 dəqiqəyə hazırlayıb.